
CD Projekt Red'in yeni franşizi Hadar haqqında ilk detallar: “emosional, açıq dünya təcrübəsi”
Polşalı oyun istehsalçısı CD Projekt Red, üçüncü böyük franşizi olacaq Hadar haqqında ilk rəsmi ipuclarını paylaşıb. Yeni oyun, studiyanın The Witcher və Cyberpunk 2077 kimi məhsulları ilə eyni xətdə — emosional və açıq dünya formatında olacaq.










