Pulsuz video pleyerlərin simvoluna çevrilən VLC-nin arxasındakı fransız proqramçı Jan-Baptist Kempf yeni bir startap üzərində işləyir. Bu dəfəki hədəfi isə videolar deyil, robotlardır.
Kempf'in qurduğu Kyber, uzaq məsafədəki cihazları real vaxt rejimində idarə etmək üçün infrastruktur qatı təklif edir. Bu layihə, sənaye robotlarından tutmuş avtonom nəqliyyat vasitələrinə qədər geniş çeşiddəki cihazların problemsiz və aşağı gecikmə ilə idarə olunmasını hədəfləyir.
Qeyd edək ki, Kempf VLC media player'in əsas tərtibatçılarından biri olmaqla yanaşı, açıq mənbəli proqram təminatı dünyasında tanınmış simadır. İllərlə milyonlarla istifadəçinin video fayllarını problemsiz izləməyinə kömək olan Kempf, indi robotlar üçün oxşar axıcılığı yaratmaq istəyir.
Kyber hələlik erkən mərhələdə olsa da, bu tip infrastruktur həllərinə tələbat sürətlə artır. Xüsusilə uzaqdan idarə olunan robotlar və əməliyyatlar üçün real vaxt rabitəsi kritik əhəmiyyət daşıyır. Kempf'in açıq mənbə təcrübəsi ilə qurduğu bu startap, yaxın gələcəkdə sənaye və texnologiya dünyasında önəmli yer tuta bilər.
Mənbə: TechCrunch (https://techcrunch.com/2026/06/19/he-made-your-free-video-player-run-smoothly-now-hes-doing-that-for-robots/)


