TikTok, süni intellektlə yaradılmış oxşarlıqları (AI likeness) aşkar etmək və istifadəçilərə onları platformaya bildirməyə imkan verən yeni bir aləti sınaqdan keçirməyə başlayıb. Alət ilk olaraq ABŞ-da yalnız bəzi yaradıcılarla (creator) sınaqdan keçirilir. TikTok ABŞ sözçüsü Zakari Kizer (Zachary Kizer) bu barədə "The Verge"-ə məlumat verib.
Sınaqda iştirak edən yaradıcılar bu alətdən istifadə etmək üçün əvvəlcə "Jumio" adlı şirkət vasitəsilə kimliklərini təsdiqləməlidirlər. Proses canlı selfie skani (real-time selfie scan) və şəxsiyyət vəsiqəsinin yoxlanılmasını əhatə edir. Kizer qeyd edib ki, TikTok sənədləri saxlamır və üz məlumatları da platformada qalmır.
Bu addım, platformada saxta profillər və ya süni intellektlə yaradılmış videolardan istifadə edərək məşhurların və ya adi istifadəçilərin oxşarlığının sui-istifadəsinin qarşısını almaq məqsədi daşıyır. Alət yaradıcılara öz oxşarlıqlarının istifadə edildiyi şübhəli məzmunu bildirməyə imkan verəcək.
Daha əvvəl "YouTube" da oxşar alət üzərində işlədiyini açıqlamışdı və yaxın zamanda bu aləti bütün yetkin istifadəçilər üçün əlçatan etmişdi. TikTok'un bu yeniliyi isə hələlik məhdud sayda yaradıcı üçün sınaq mərhələsindədir və nə vaxt bütün istifadəçilər üçün açılacağı məlum deyil.
Mənbə: The Verge (https://www.theverge.com/tech/967486/tiktok-ai-likeness-detection-tool)



