Süni intellektlə mahnı yaradan Suno, bu gündən etibarən iPhone istifadəçiləri üçün yeni bir inteqrasiya təqdim edib. Artıq Suno tətbiqi quraşdırılmış istifadəçilər birbaşa iMessage vasitəsilə mahnı generasiya edə bilərlər.
Sistem sadə şəkildə işləyir: istifadəçi Messages tətbiqində mətn yazır və ya səsli sorğu göndərir, Suno isə həmin istəyə uyğun bir mahnı yaradır. Bu funksiya xüsusilə ani yazışmalar zamanı tez bir zamanda musiqi yaratmaq istəyənlər üçün əlverişlidir.
Xatırladaq ki, Suno süni intellekt əsaslı musiqi generasiya platformasıdır. İstifadəçilər yalnız mətn təsviri ilə müxtəlif janrlarda, sözlü mahnılar yarada bilirlər. Bu yenilik isə həmin təcrübəni iMessage tətbiqinə gətirir.
Hal-hazırda funksiya yalnız Suno tətbiqi quraşdırılmış iPhone istifadəçiləri üçün əlçatandır. Bununla bağlı daha ətraflı məlumat və istifadə qaydaları Suno'nun rəsmi saytında yer alıb.

