Tesla, avtonom nəqliyyat sahəsindəki addımlarını davam etdirir. Şirkət robotaksi xidmətini Mayaminin məhdud bir ərazisində istifadəyə verib. Hazırlıqda xidmət şəhərin yalnız kiçik bir hissəsini əhatə edir.
Genişlənmə planları
Şirkətin robotaksi yol xəritəsində gələcək genişlənmə istiqamətləri də qeyd olunub. Buraya Florida ştatının Orlando və Tampa şəhərləri daxildir. Lakin xidmətin bu şəhərlərə nə vaxt çatacağı ilə bağlı dəqiq tarix verilməyib.
Qeyd edək ki, Tesla uzun müddətdir tam avtonom sürüş (FSD) texnologiyası üzərində işləyir. Robotaksi xidməti də məhz bu texnologiyanın kommersiya tətbiqi hesab olunur. Şirkət bu xidmətlə şəhər daxilində sərnişin daşımasını tam avtonom şəkildə həyata keçirməyi hədəfləyir.
Mayamidəki sınaq, Tesla'nın robotaksi biznesini real şəhər mühitində sınamaq baxımından əhəmiyyətli bir addımdır. Xidmətin tədricən genişlənməsi gözlənilir.

