SpaceX rəhbərliyi keçirdikləri ilk rəsmi gəlir hesabatında səs-küylü açıqlama ilə çıxış etdi. Şirkətin prezidenti Gwynne Shotwell və baş icraçı direktoru Elon Musk, Starlink peyk internet xidmətini yerüstü mobil şəbəkə ilə birləşdirərək ABŞ-ın üç böyük operatoru — T-Mobile, AT&T və Verizon — ilə birbaşa rəqabətə başlayacaqlarını bildirdi.
Shotwell konfrans zəngində verdiyi açıqlamada, "EchoStar'dan aldığımız spektrin yerüstü komponentləri var. Biz mütləq bu yerüstü infrastrukturu inşa edəcəyik. Yəni istifadəçilər təkcə peyklərdən deyil, həm də yerdə qurulacaq avadanlıq və sistemlərdən gələn siqnal gücündən faydalana biləcək" dedi.
Şirkət hazırda Starlink vasitəsilə kənd və ucqar ərazilərə internet xidməti göstərsə də, yeni plan şəhər mühitində də birbaşa mobil əlaqə təklif etməyi nəzərdə tutur. Musk isə bu addımı "ənənəvi operatorların müştərilərini cəlb etmək üçün bir fürsət" kimi dəyərləndirdi.
Mütəxəssislər qeyd edir ki, SpaceX'in bu hədəfi reallaşdırmaq üçün həm tənzimləyici icazələr, həm də geniş yerüstü baza stansiyaları şəbəkəsi qurmalı olacaq. Lakin şirkətin maliyyə gücü və texnoloji təcrübəsi nəzərə alındıqda, ənənəvi operatorların yaxın illərdə ciddi rəqabətlə üzləşə biləcəyi gözlənilir.
Mənbə: The Verge (https://www.theverge.com/science/975480/spacex-mobile-terrestrial-cellphone-company)


