SaberInteractive şirkətinin CEO-su Metyu Karç, keçən ay elan edilən "Rideshare Stimulator" oyunu ilə bağlı ortaya atılan iddialara cavab verib. Bir müddət əvvəl oyunun keçmiş baş yazıçısı Stella Sakko, "Saber məni ChatGPT ilə əvəz etdi" deyə açıqlama vermişdi.
İddialar və rədd cavabı
Sakko Bluesky platformasında etdiyi paylaşımda, "Mən bu oyunun baş yazıçısı idim! Saber isə məni inkişaf prosesinin ortasında ChatGPT ilə əvəz etdi. Bütün sərnişin səsləri də AI idi. Ya istiqaməti dəyişiblər, ya da Steam'də bunu açıqlamırlar" ifadələrini işlətmişdi.
Lakin Karç, "The Verge"-ə verdiyi açıqlamada iddiaları qəti şəkildə rədd edərək, "Nə Saber, nə də Unigine heç bir yazıçını AI ilə əvəz etməyib" deyə bildirib. Xatırladaq ki, oyun Unigine studiyası tərəfindən hazırlanır.
Rideshare Stimulator nədir?
Saber, "Rideshare Stimulator"-u "sizi sükan arxasına keçirən immersiv sürmə simulyasiya oyunu" kimi təsvir edir. Hazırda Steam səhifəsində oyun haqqında ətraflı məlumat verilsə də, yazıçı heyəti və AI istifadəsi ilə bağlı rəsmi açıqlama yer almayıb.
Hadisə, oyun sənayesində süni intellektin istifadəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. İddiaların doğruluğu və ya yanlışlığı hələlik məlum olmasa da, mövzu diqqətlə izlənilir.
Mənbə: The Verge (https://www.theverge.com/games/978558/rideshare-stimulator-writer-ai-saber-interactive)


