Alimlər Günəş sisteminin iki ucqar obyektində - Pluton və Saturnun peyki Titanda - sirli bir birləşmə aşkar ediblər. Bu maddə işığı elə bir şəkildə udur ki, heç bir mövcud spektroskopik məlumat bazası bunu izah edə bilmir.
Kəşf ABŞ-ın "Southwest Research Institute" (SwRI) tədqiqatçıları tərəfindən edilib. Onlar Pluton və Titanın səthindən əks olunan işığın spektrini təhlil edərkən, tanınmış heç bir birləşməyə uyğun gəlməyən udma xətləri aşkarlayıblar. Bu, hər iki cismdə eyni naməlum maddənin olduğunu göstərir.
Mütəxəssislər bu birləşmənin üzvi molekullar və ya kriovulkanik proseslər nəticəsində yaranan mürəkkəb karbohidrogenlər ola biləcəyini ehtimal edirlər. Lakin dəqiq tərkibi müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Qeyd edək ki, həm Pluton, həm də Titan Günəş sisteminin ən maraqlı obyektlərindəndir. Pluton "New Horizons" missiyası sayəsində, Titan isə "Cassini" zondunun məlumatları ilə daha yaxından öyrənilib. Yeni kəşf göstərir ki, bu dünyalarda hələ də kəşf edilməmiş çox şey var.
Alimlər ümid edirlər ki, gələcək kosmik missiyalar, xüsusilə də Titan'a planlaşdırılan "Dragonfly" vertolyot-dronu, bu sirli birləşmənin sirrini aça bilər.
Mənbə: Wired (https://www.wired.com/story/mysterious-compound-detected-on-pluto-and-titan/)

