"Android Headlines" saytı Pixel 11 ailəsinin tam spesifikasiyalarını və qiymət etiketlərini yayıb. İddialara görə, bu məlumatlar avqustun 12'də keçiriləcək tədbir ərəfəsində ortaya çıxan əvvəlki sızıntılarla üst-üstə düşür.
Qiymət cəbhəsində ən diqqətçəkən dəyişiklik baza modelindədir. Pixel 11'in 100 dollarlıq artımla 899 dollardan başlayacağı gözlənilir. Buna qarşılıq isə yaddaş 128GB'dan 256GB'a qaldırılacaq.
Bütün seriyada yeni Tensor G6 və Titan M3 çiplərinin yer alacağı deyilir. Lakin Pixel 11 Pro və Pixel 11 Pro XL modellərində əməli yaddaşın (RAM) 12GB'a endiriləcəyi bildirilir. Hər iki modelin qiyməti də artacaq: Pro modeli 1.099 dollara, Pro XL isə 1.299 dollara satılacaq.
Bundan başqa, Pixel 11'də telefoto lensin olmayacağı da ehtimal edilir. Bu, baza modelin kamera tərkibində sadələşməyə işarə edir.
Qeyd edək ki, rəsmi açıqlama hələ yoxdur və bu məlumatlar sızıntılara əsaslanır. Google'un 12 avqust tədbirində bütün detalların rəsmən açıqlanacağı gözlənilir.
Mənbə: The Verge (https://www.theverge.com/tech/974238/pixel-11-specs-and-price-leak)


