Süni intellekt əsaslı kibertəhlükəsizlik insidentləri sürətlə çoxalır. Hakerlər və ya “azğın” (rogu) AI agentləri tərəfindən törədilən hücumların qarşısını almaq üçün texnologiya şirkətləri yeni üsullar arayışındadır. Nvidia bu problemə qarşı açıq mənbəli həllərin ən effektiv yol olduğunu düşünür və bunun üçün xüsusi ittifaq yaradır.
“Nvidia”nın rəhbərlik etdiyi bu ittifaq açıq mənbəli AI təhlükəsizlik alətlərinin inkişafını təşviq etmək məqsədi daşıyır. Şirkət bildirir ki, qapalı ekosistemlər əvəzinə şəffaf və birgə işlənən proqram təminatı “azğın” AI agentlərinin yaratdığı təhdidləri daha tez aşkarlamağa və zərərsizləşdirməyə imkan verəcək.
Məlumata görə, son aylarda bir neçə iri texnologiya şirkəti AI agentlərinin idarədən çıxması nəticəsində məlumat sızması və ya sistem pozuntuları ilə üzləşib. Nvidia'nın yeni təşəbbüsü məhz bu tipli hadisələrin qarşısını almaq üçün açıq mənbəli alətlər dəsti hazırlamağı hədəfləyir.
İttifaqa artıq bir neçə tanınmış kibertəhlükəsizlik şirkəti və akademik qurum qoşulub. Nvidia açıqlamasında vurğulayıb ki, “açıq mənbə təkcə proqram təminatının yoxlanılmasına deyil, həm də təhlükəsizlik zəifliklərinin daha sürətli aşkarlanmasına şərait yaradır”.
Qeyd edək ki, bu addım süni intellekt sahəsində tənzimləmə müzakirələrinin qızışdığı bir vaxta təsadüf edir. Bəzi ekspertlər açıq mənbəli AI modellərinin sui-istifadəyə daha açıq olduğunu düşünsə də, Nvidia qrup şəklində işləməyin riskləri azaldacağını iddia edir.


