Microsoft öz iqlim hədəflərini yenidən qarşılaya bilməmək təhlükəsi ilə üzləşib. Şirkətin 2026-cı il davamlılıq hesabatına görə, 2025-ci ildə karbon emissiyası 25 faiz artaraq 34 milyon metrik tona çatıb. Bu rəqəm “müəyyən müdaxilələr olmadan” hesablanıb.
Hesabatda artımın əsas səbəbi kimi “məlumat mərkəzi infrastrukturunun genişləndirilməsi” göstərilib. Həmçinin 2024-cü ilin fevralında şirkət “əlavə olmayan, ayrılmamış bərpa olunan enerji sertifikatları” almağı dayandırıb. Bu qərar da emissiyaların artmasına təsir edib.
Xatırladaq ki, Microsoft bir neçə il əvvəl 2030-cu ilə qədər karbon mənfi olmağı hədəfləmişdi. Bu o deməkdir ki, şirkət buraxdığı karbonun hamısını atmosferdən çıxarmalıdır. Lakin hazırkı tendensiyalar bu hədəfə çatmağı çətinləşdirir.
Ekspertlər qeyd edir ki, süni intellekt və bulud texnologiyalarına tələbat durmadan artdıqca, Microsoft kimi nəhəng şirkətlər üçün datacenterlərin genişləndirilməsi emissiyaları azaltmaq cəhdlərini üstələyə bilər. Hal-hazırda Microsoft'un emissiyalarını azaltmaq üçün hansı konkret addımlar atacağı bəlli deyil.
Mənbə: The Verge (https://www.theverge.com/tech/963728/microsoft-sustainability-report-2026)

