IBM-in səhmləri ötən həftə kəskin düşdü. Səbəb şirkətin əsas gəlir mənbələrindən olan mainframe satışlarında gözləniləndən aşağı nəticə göstərməsi idi. Rüb hesabatı yatırımcıları qorxutdu və səhm dəyəri bir gecədə xeyli azaldı.
IBM-in baş icraçı direktoru isə sakitləşdirici açıqlama verdi. Onun sözlərinə görə, mainframe satışlarındakı zəiflik süni intellektin (AI) korporativ büdcələri müvəqqəti olaraq yönləndirməsi ilə bağlıdır. Şirkətlər AI infrastrukturuna böyük xərclər edərkən, ənənəvi mainframe sistemlərinə ayrılan vəsait müvəqqəti azalıb.
CEO vurğulayıb ki, bu, mainframe-lərin öldüyü anlamına gəlmir. AI-nin yüksəlişi mainframe'dən imtina demək deyil, sadəcə büdcə prioritetləri dəyişib. IBM uzun müddətdir ki, mainframe-lərini modernləşdirir və AI yükünü dəstəkləyə biləcək modellər təqdim edir.
Qeyd edək ki, mainframe-lər hələ də dünyanın ən böyük bankları, sığorta şirkətləri və dövlət qurumları tərəfindən kritik əməliyyatlar üçün istifadə olunur. IBM üçün bu bazar hələ də mühüm gəlir mənbəyidir. Analitiklər isə AI dalğasının ötəri olduğunu və gələn rüblərdə mainframe xərclərinin yenidən artacağını proqnozlaşdırır.


.jpg)