Google, Android cihazlarda uzun müddətdir istifadə olunan Google Assistant'ı bağlamaq qərarını rəsmən təsdiqləyib. Şirkət bu planı ötən il açıqlamışdı, lakin istifadəçilər Gemini'nin bəzi hallarda Assistant qədər effektiv olmadığını bildirdiyi üçün proses təxirə salınmışdı.
Gemini'ye keçid məcburi olur
Son aylarda Gemini, bəzi sorğuları yerinə yetirə bilmədikdə avtomatik olaraq Google Assistant'a yönləndirilirdi. İstifadəçilərə həmçinin Gemini'yi söndürüb tamamilə köhnə köməkçiyə qayıtmaq imkanı da var idi. Ancaq sentyabrın 4'dən etibarən bu seçim tamamilə aradan qalxacaq.
Bu tarixdən sonra, Android cihazlarda Google Assistant'ı aktiv saxlamaq mümkün olmayacaq. Gemini, cihazdakı əsas köməkçi funksiyasını tamamilə əvəz edəcək. Google, Gemini'nin tədricən təkmilləşdiyini və daha geniş funksiyalar təklif etdiyini vurğulasa da, bir çox istifadəçi hələ də Assistant'ın sadəliyini və etibarlılığını üstün tutur.
Qeyd edək ki, bu dəyişiklik yalnız Android cihazlara aiddir. Google, smart dinamiklər və digər smart ev cihazlarında Assistant'ın nə vaxt bağlanacağı ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Mənbə: IGN (https://www.ign.com/articles/google-is-killing-google-assistant-on-android-devices-next-month)


