Apple'ın 20-ci ildönümü üçün hazırladığı tam şüşə iPhone dizaynının ləğv olunduğuna dair şaiyələr yayılsa da, Bloomberg'in yeni hesabatı fərqli söyləyir. Xəbər agentliyinin mənbələrinə əsasən, şirkət gələn il təqdim ediləcək Pro modellərində bu yenidən dizaynı həyata keçirməyi planlaşdırır.
Daha əvvəl bəzi texnoloji mənbələr Apple'ın uzun müddətdir üzərində işlədiyi “şüşə sendviç” dizaynından imtina etdiyini iddia edirdi. Lakin Bloomberg'in məlumatına görə, layihə hələ də aktivdir və iPhone'un 20 illik yubileyinə hazırlıq olaraq növbəti ilin payızında buraxılacaq.
Yenidən dizayn edilmiş iPhone'un xüsusiyyətləri arasında daha bütöv şüşə ön və arxa panellər, eləcə də çərçivəsiz ekran gözlənilir. Hələlik Apple rəsmiləri məsələyə dair rəsmi açıqlama verməyib, lakin Bloomberg'in çoxsaylı mənbələrə istinad etdiyi nəzərə alınarsa, 20-ci ildönümü modelinin ləğv edilmədiyi güman edilir.
Xatırladaq ki, Apple ilk iPhone'u 2007-ci ildə təqdim etmişdi. 2027-ci il isə smartfonun 20-ci ildönümünə təsadüf edir. Şirkətin bu tarixi özəlləşdirmək üçün Pro modellərində köklü dəyişikliklər etməsi gözlənilir.

