Kanada əsaslı kibertəhlükəsizlik şirkəti “Magnet Forensics” rəqibi “Paradigm Shift Technology”ni məhkəməyə verib. İddiaya görə, Paradigm Shift'in yayımladığı “usbliter8” adlı exploit – yəni Apple'ın bir neçə nəsil prosessorunu hədəf alan və proqram təminatı ilə aradan qaldırıla bilməyən zəiflik – Magnet Forensics'dən ayrılmış bir mühəndisin gizli şəkildə apardığı ticarət sirlərindən istifadə edilərək yaradılıb.
Usbliter8 nədir və niyə təhlükəlidir?
“Usbliter8” Apple'ın M1, M2 və A seriyalı çiplərindəki USB controller zəifliyindən istifadə edir. Bu exploit'in ən təhlükəli tərəfi odur ki, o, tamamilə “unpatchable” – yəni heç bir proqram yeniləməsi ilə düzəldilə bilmir. Zəiflik cihaza fiziki giriş tələb etsə də, istifadəçinin bütün məlumatlarına tam giriş imkanı yaradır və iOS cihazlarında jailbreak üçün də istifadə oluna bilər.
Məhkəmə iddiasının təfərrüatları
Magnet Forensics iddia edir ki, Paradigm Shift'də işləyən keçmiş mühəndislərindən biri şirkətin məxfi texniki sənədlərini, araşdırma nəticələrini və mənbə kodlarını götürərək rəqibə təqdim edib. Həmin materiallar əsasında hazırlanan exploit daha sonra açıq şəkildə yayımlanıb. Məhkəmə sənədlərinə görə, şirkət həm maddi zərərin ödənilməsini, həm də exploit'in bütün nüsxələrinin məhv edilməsini tələb edir.
Paradigm Shift Technology isə iddiaları hələlik rəsmən şərh etməyib. Lakin mütəxəssislər qeyd edir ki, əgər iddia sübut olunarsa, bu, Apple ekosistemindəki təhlükəsizlik zəifliklərinin araşdırılması və açıqlanması ilə məşğul olan şirkətlər arasında ciddi hüquqi presedent yarada bilər.
Xatırladaq ki, “usbliter8” exploit'i ilk dəfə 2025-ci ilin sonlarında ictimaiyyətə açıqlanmışdı və o vaxtdan bəri Apple'ın bu zəifliyə qarşı heç bir hardware səviyyəli qoruma tədbiri təqdim edə bilmədiyi bildirilir. İşin gedişi yaxın aylarda məlum olacaq.

