ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dron təhdidlərinə qarşı mübarizədə yeni bir dövrə qədəm qoyur. “Enduring High Energy Lasers” adlı layihə çərçivəsində imzalanacaq müqavilə, yönəldilmiş enerji silahlarının (lazer silahları) ABŞ Ordusunun rəsmi tərkib hissəsinə çevrilməsini təmin edəcək.
Bu, Pentaqon'un tarixində növünün ilk nümunəsi olan müqavilədir. Qeyd edək ki, son illərdə hərbi sahədə dronların geniş yayılması, xüsusilə də ucuz və kütləvi istehsal olunan pilotsuz uçuş aparatlarının yaratdığı təhlükə, müdafiə strategiyalarının yenidən nəzərdən keçirilməsinə səbəb olub. Lazer silahları isə bu təhlükəyə qarşı sürətli, dəqiq və daha ucuz bir həll kimi görünür.
Müqavilə çərçivəsində hazırlanacaq sistemlər, ənənəvi mərmilərdən fərqli olaraq, elektrik enerjisi ilə işləyən lazer şüaları ilə hədəfləri məhv edəcək. Bu texnologiya, xüsusilə kiçik və sürətli hərəkət edən dronları zərərsizləşdirmək üçün ideal hesab olunur. Hərbi analitiklər, bu addımın gələcək müharibə taktikalarını kökündən dəyişə biləcəyini vurğulayırlar.
Pentaqon rəsmilərinin yaxın həftələrdə müqaviləni rəsmən elan edəcəyi gözlənilir. Əgər müqavilə imzalanarsa, ABŞ Ordusu dünyada lazer silahlarını standart arsenalına daxil edən ilk böyük hərbi qüvvələrdən biri olacaq. Göründüyü kimi, “ulduz müharibələri” texnologiyası artıq elmi fantastika olmaqdan çıxıb.
Mənbə: Wired (https://www.wired.com/story/landmark-deal-would-officially-add-laser-weapons-to-us-army-arsenal/)

